"Rustavi 2" telekanalı kütləvi etirazlardan sonra yayımını dayandırıb

"Rustavi 2" telekanalı kütləvi etirazlardan sonra yayımını dayandırıb
# 08 iyul 2019 04:50 (UTC +04:00)

Gürcüstanın “Rustavi 2” telekanalı yayımını müvəqqəti dayandırıb. Buna səbəb teleaparıcı Georgiya Qabuniyanın müəllifi olduğu “P.S.” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına nalayiq ifadələr işlətməsinə etiraz edən yüzlərlə yerli sakinin telekanalın binası qarşısında toplaşması və narazılıqlarını bildirməsi olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, etirazçılar binaya yumurta və butulka atıb, telejurnalistin işdən qovulmasını tələb ediblər.

“Telekanalın təhlükəsizliyi təmin olunana qədər yayımın dayandırılması qərarı verilib”, - deyə telekanalın baş direktoru Nika Qvaramiya canlı yayımda bildirib.

Telekanal aparıcının nalayiq sözlərinə görə rəsmi şəkildə üzrxahlıq da edib.

Qeyd edək ki, G.Qabuniyanın çıxışını ölkə prezidenti və baş nazir də pisləyib, rəsmi şəxslər bunu təxribat adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR