Bank Of Baku

Sankt-Peterburqda Rusiya-Azərbaycan Biznes Şurasının iclası keçiriləcək

Sankt-Peterburqda Rusiya-Azərbaycan Biznes Şurasının iclası keçiriləcək
# 06 iyun 2019 12:01 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya-Azərbaycan Biznes Şurasının iclası keçiriləcək.

Bu barədə APA-nın Rusiya bürosuna müsahibəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib. O, Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində baş tutacaq Rusiya-Azərbaycan Biznes Şurasının iclasının iyunun 8-də keçiriləcəyini söyləyib: “Mən və həmkarım, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev hökumətlərarası komissiyanın həmsədrləri olaraq bu iclasda iştirak edəcəyik. Bu, biznes dairələrimizin daim təmasda olması və inkişaf etməsi baxımından çox vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR