Bank Of Baku

Si Cinpinin Rusiyaya rəsmi səfəri başlayıb

Si Cinpinin Rusiyaya rəsmi səfəri başlayıb
# 05 iyun 2019 13:31 (UTC +04:00)

Çin Kommunist Partiyasının sədri Si Cinpinin Rusiyaya rəsmi səfəri başlayıb.

APA TASS-a istinadən xəbər verir ki, S.Cinpinin təyyarəsi “Vnukovo-2” hava limanına eniş edib.

S.Cinpini Rusiyanın Uzaq Şərq və Arktikanın inkişafı üzrə naziri Aleksandr Kozlov, xarici işlər nazirinin müavini İqor Morqulov, Rusiyanın Çindəki səfiri Andrey Denisov və Çinin Rusiyadakı səfiri Li Huey qarşılayıb.

Məlumata görə, bu gün Si Cinpin və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar keçiriləcək. Kremldəki danışıqlardan sonra liderlər Çin tərəfindən Moskva zoorparkına  iki böyük pandanın təhvil verilməsi mərasimində iştirak edəcəklər. 

Bildirilir ki, bu axşam Putin və Cinpin "Bolşoy Teatr"da iki ölkə arasında diplomatik əlaqələrin 70-ci illiyinə həsr olunmuş konsertdə iştirak edəcəklər. 

İyunun 6-7-də isə Si Cinpin Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR