Tbilisidə keçirilən nümayişlər zamanı saxlanılanlardan 51 nəfəri azadlığa buraxılıb. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı Tbilisi Şəhər Məhkəməsi yayıb. Bildirilib ki, məhkəmənin İnzibati Məsələlər Paneli iyunun 25-də Baş prokurorluğun ərizəsi əsasında saxlanılan 51 nəfərin cəza müddətini endirib və onlar azadlığa buraxılıblar.
Qeyd edək ki, iyunun 20-21-də Şota Rustaveli prospektindəki hadisələr zamanı inzibati xətalara yol verməsi əsas gətirilərək 305 nəfər saxlanılıb.