Bank Of Baku

Tbilisidə etirazçılar dağılışmazdan əvvəl İvanişviliyə "sarı kart" qaldırıblar - FOTO - YENİLƏNİB

Tbilisidə etirazçılar dağılışmazdan əvvəl İvanişviliyə "sarı kart" qaldırıblar - FOTO - YENİLƏNİB
# 28 iyun 2019 00:44 (UTC +04:00)

Tbilisidə keçirilən yürüş iştirakçıları "Gürcü arzusu" partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzinə çatıblar.

APA-nın yerli bürosu xəbər verir ki, iştirakçılar "Qalx və get!" şüarı səsləndirərək hakim partiyanın rəhbərinə "sarı kart" qaldırıblar. İştirakçılar ikinci "sarı kart"ın əslində "qırmızı kart" mənasına gəldiyini deyiblər.

Daha sonra Avropa İttifaqı və Gürcüstanın himnləri oxunub. Daha yürüş dinc şəkildə başa çatıb və xoşagəlməz durum qeydə alınmayıb.

Etirazçılar sabah saat 19:00-da parlament binasının qarşısında aksiyasını davam etdirəcəklərini bəyan ediblər.

***

Saat 22:49

Tbilisidə etirazçılar hakim "Gürcü arzusu" partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzinə doğru yürüşə başlayıblar.

APA-nın yerli bürosu xəbər verir ki, yürüşün önündə gedən skuterli gənclər "Qalx və get!" şüarı yazılmış banner daşıyırlar. 

Təşkilatçılar əvvəlcədən elan edilmiş yürüşün sakit keçəcəyini bildiriblər. Skuter sürücüləri də bu məqsədlə qoruyucu geyimlərini və dəbilqələrini çıxarıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR