Tbilisi şəhərinin Lilo qəsəbəsində “Çin bazarı” adlanan ərazidə yanğın baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 1000 kvadratmetr sahəni əhatə edən yanğının söndürülməsi məqsədi ilə hadisə yerinə 17 yanğınsöndürmə və 2 xilasetmə briqadası cəlb edilib. Yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Dəyən zərərin məbləği isə hələ ki, müəyyən edilməyib.