ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Moskvaya gəliblər.
APA-nın Moskva bürosu xəbər verir ki, ABŞ prezidentinin xüsusi elçiləri, eləcə də onları qarşılayan Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyevi daşıyan avtomobil karvanı Vnukovo-2 hava limanından Moskvaya doğru yola düşüb.
***
12.30
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfərə gəlib.
APA-nın Rusiya bürosu xəbər verir ki, içərisində ABŞ nümayəndələrin olduğu güman edilən təyyarənin Vnukovo-2 hava limanına endiyi bildirilir.
Rusiya KİV-i Uitkoff və Kuşnerin avtomobil korteji olduğu ehtimal edilən görüntülərini yayıb.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçilərinin Ukrayna münaqişənin nizamlanması ilə bağlı təkliflərini tərəflərə çatdırmaq üçün sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edəcəkləri açıqlanıb.