Bank Of Baku

Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir

Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir
# 05 avqust 2026 13:12 (UTC +04:00)

Rusiya Ukraynaya qarşı zərbələr endirmək məqsədilə Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata əsasən, Kreml Voronej vilayətində təxminən 90 şimali koreyalı hərbçidən ibarət raket bölməsi yerləşdirib. Həmin bölmənin Rusiyanın 112-ci raket briqadasının tərkibinə daxil ediləcəyi bildirilir.

Ukrayna kəşfiyyatının məlumatına görə, bölmə 6 buraxılış qurğusu və 120-yə qədər ballistik raketlə təchiz oluna bilər.

Bundan əlavə, Şimali Koreyanın Rusiyaya daha 40 ədəd "KN-23" və "KN-24" tipli ballistik raket, eləcə də hərbi personal göndərdiyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR