Bank Of Baku

Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb

Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
# 26 noyabr 2026 10:45 (UTC +04:00)

Ukrayna ordusu Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan Vesyoloye qəsəbəsində avtomobil dayanacağına pilotsuz uçuş aparatları ilə zərbə endirib.

“İnterfaks”ın xəbərinə görə, hücum nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ukrayna ordusunun Belqorod vilayətinə hücumları nəticəsində isə daha 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılar arasında bir yaşlı uşaq da var.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə ərazisi üzərində Ukraynaya məxsus 343 pilotsuz uçuş aparatını vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR