Bank Of Baku

Uşakov: Putin Trampın nümayəndələri ilə sabah günün birinci yarısında görüşəcək

ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff

© APA | ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff

# 11 noyabr 2026 18:47 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə sabah günün birinci yarısında görüşəcək.

APA-nın Moskva bürosu xəbər verir ki bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putinin Uitkoff və Kuşnerlə görüşü həmişəki kimi, protokola uyğun olaraq keçiriləcək.

Qeyd edək ki, Uitkoff və Kuşner Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra sabah Putinlə görüşmək üçün Moskvaya səfər edəcəklər. Onların Moskvadan sonra Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqları planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR