Bakı-APA. “Sağ sektor” hərəkatının üzvləri bu gün Ali Rada binasının qarşısında Ukrayna DİN rəhbəri Arsen Avakovun istefası tələbi ilə aksiyasını davam etdirəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “Sağ sektor”un liderlərindən biri olan Andrey Bondarenko bildirib.
“Bu bizim konkret insana qarşı yönəlmiş dinc aksiya olacaq. Bu bizim ölkəyə, və yaxud, parlamentə qarşı yönəlmiş aksiya deyil. Bu tabeliyindəki əməkdaşlarına nəzarət edə bilməyən və vəzifə səlahiyyətlərini icra edə bilməyən insana qarşıdır”, deyə Bondarenko bildirib.
Bu arada deputat Yuriy Derevyanko bildirib ki, daha çox Saşko Bilıy adı ilə tanınan “Sağ sektor”un əlaqələndiricisi Aleksandr Muzıçkonun ölümünün araşdırılması məqsədi ilə Ali Radada müvəqqəti xüsusi komissiya yaradılacaq.