Bank Of Baku

“Şərq Tərəfdaşlığı” sammitində Aİ Ukraynaya 1,8 milyard avro ayıracaq

“Şərq Tərəfdaşlığı” sammitində Aİ Ukraynaya 1,8 milyard avro ayıracaq
# 18 may 2015 19:01 (UTC +04:00)

Bakı-APA. Mayın 21-22-də Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində Avropa İttifaqı (Aİ) tərəfindən rəsmi Kiyevə 1,8 milyard avro məbləğində maliyyə yardımı ayrılmasına dair müqavilə imzalanacaq.

 

APA-nın Latviyanın “Leta” agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq sənədin imzalanması mayın 22-ə planlaşdırılıb.

 

Qeyd olunur ki, müqaviləni Avropa Komissiyasının sədr müavini, Latviyanın sabiq baş naziri Valdis Dombrovskis, Ukraynanın maliyyə naziri Natalya Yaresko və Ukrayna Milli Bankının sədri Valeriya Qontareva imzalayacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR