APA-nın Moskva müxbirinin verdiyi xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bu gün axşam saatlarında “Vnukovo” hava limanı yaxınlığında təyyarə qəzası baş verib. Çexiyadan Moskvaya uçan “Red Wings” şirkətinə məxsus “Tu-204” təyyarəsinin göyərtəsində 3-ü ekipaj üzvü olmaqla 11 nəfər olub.
Təyyarə uçuş-enmə zolağına sərt eniş edib. Nəticədə 3 hissəyə parçalanan təyyarədə yanğın başlayıb. Hal-hazırda qəza yerində çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları var. “Vnukovo” aeroprtu müvəqqəti olaraq bağlanıb.