Bank Of Baku

“Vnukovo” hava limanında baş verən aviaqəzada həlak olanların sayı 5-ə çatıb

“Vnukovo” hava limanında baş verən aviaqəzada həlak olanların sayı 5-ə çatıb
# 30 dekabr 2012 16:30 (UTC +04:00)

 

Bakı – APA. Rusiyanın “Vnukovo” hava limanında “Tu-204” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 5-ə çatıb.

 

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, yaralılardan göyərtə bələdçisi Tatyana Penkina xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, dekabrın 29-da axşam saatlarında Moskvanın “Vnukovo” hava limanı yaxınlığında təyyarə qəzası baş verib. Çexiyadan Moskvaya uçan “Red Wings” şirkətinə məxsus “Tu-204” təyyarəsi uçuş-enmə zolağına sərt eniş edib. Nəticədə 3 hissəyə parçalanan təyyarədə yanğın başlayıb. Qəzadan sonra 2 saata yaxın “Vnukovo” aeroportu müvəqqəti olaraq bağlı elan edilib. Hadisə zamanı dörd nəfər ölüb, dörd nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR