Bank Of Baku

"Qazprom" "Türk axını"nın ilk xəttinin tikintisinə dair müqaviləni ləğv edib

"Qazprom" "Türk axını"nın ilk xəttinin tikintisinə dair müqaviləni ləğv edib
# 08 iyul 2015 23:36 (UTC +04:00)

Bakı-APA. "Qazprom" "Türk axını" qaz kəmərinin ilk xəttinin tikintisinə dair İtaliyanın “Saipem” şirkəti ilə müqaviləni ləğv edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qərar bir çox cari və kommersiya məsələləri üzrə razılığın əldə edilməməsi ilə bağlıdır.

 

Layihə üzrə digər işlərin davam etdiyi bildirilir. Həmçinin qeyd olunur ki, South Stream Transport B.V. yaxın zamanlarda "Türk axın"ın ilk xəttinin çəkilməsi üçün potensial podratçılarla danışıqlara başlamaq niyyətindədir.

   

Xatırladaq ki, “Saipem” iyunun əvvəlində "Türk axını" nın tikintisi üzrə işlərə başlamalı idi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR