Bank Of Baku

ABŞ dövlət katibi: Rusiya təyyarəsinin vurulması ilə bağlı araşdırmaların yekun nəticəsini gözləmək lazımdır

ABŞ dövlət katibi: Rusiya təyyarəsinin vurulması ilə bağlı araşdırmaların yekun nəticəsini gözləmək lazımdır
# 19 dekabr 2015 12:03 (UTC +04:00)

Bakı - APA. ABŞ Rusiyanın Su-24 təyyarəsi ilə bağlı baş vermiş insident barədə radarlardan "müəyyən məlumatlara" malikdir, lakin hadisənin detalları məlum deyil.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri "Vesti v subbotu" proqramına müsahibəsində deyib.

 

"Türkiyə və Rusiya təyyarələri ilə nə baş verib, biz detalları barədə məlumatımız yoxdur. İnsident barədə radarlarımızdan müəyyən məlumatlar əldə etmişik, nə baş verdiyini bilirik. Lakin indi detalların üzə çıxarılması, informasiya mübadiləsi prosesi gedir və mən lazımı məlumatlar olmadan hadisəyə qiymət vermək istəməzdim", - deyə o bildirib.

 

C. Kerri qeyd edib ki, insidentin səbəbləri hələlik tam aydınlaşmayıb, yekun nəticələri gözləmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR