Bank Of Baku

Aleksandr Turçinov: Prezident seçkiləri mayın 25-də keçiriləcək

Aleksandr Turçinov: Prezident seçkiləri mayın 25-də keçiriləcək
# 14 mart 2014 00:15 (UTC +04:00)

APA-nın “RBK Ukraina”ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ali Radanın sədri, prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov bildirib. Onun sözlərinə görə, Ukraynaya tam səlahiyyətlərə malik yeni prezident gərəkdir: “Bu nə qədər tez baş verərsə, bir o qədər yaxşıdır”.   

 

“Mən Ukraynada nümunəvi prezident seçkilərinin keçiriləcəyinə əminəm, və biz dünyaya nümayiş etdirəcəyik ki, Ukraynada hər-hansı məhdudiyyət, siyasi təzyiq və saxtalaşma olmadan seçkilər keçirmək mümkündür”, deyə Turçinov vurğulayıb.     

 

Qeyd edək ki, martın 11-də Radada prezident seçkilərinin bu ilin dekabrın 7-nə təxirə salınmasını nəzərdə tutan qərar layihəsi qeydiyyata alınıb. Bundan əvvəl isə Rada prezident seçkilərinin mayın 25-də keçirilməsinə qərar vermişdi.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR