APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq sənədlər Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.
Üçgünlük fasilədən sonra fəaliyyətini bərpa etmiş Ukrayna prezidentinin rəsmi saytında dərc olunmuş digər fərmana əsasən, baş prokuror səlahiyyətlərinin icrası Oleq Maxnitskiyə tapşırılıb. Bundan başqa, dövlət mühafizə xidmətinin rəisi və prezident protokolunun rəisi istefaya göndərilib.
Xatırladaq ki, bundan əvvəl dərc olunmuş sənədə əsasən, Ukrayna prezidentinin səlahiyyətlərinin icrası Ali Radanın sədri Aleksandr Turçinova həvalə edilib.