APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukrayna daxili işlər naziri Arsen Avakov bəyan edib.
O bildirib ki, DİN-in xüsusi əməliyyatı geniş rezonans doğurduğu üçün hadisə ilə bağlı ətraflı detalların açıqlanması qərara alınıb.
“Bununla belə mən təkid edirəm ki, siyasi mənsubiyyətindən asılı olmayaraq bu gün qeyri-qanuni silaha malik istənilən şəxs cinayətkardır. Hər bir cinayətkar tərksilah edilməli və məsuliyyətə cəlb olunmalıdır. Əks halda biz küçələrə sabitliyi qaytara bilmərik”, - deyə Avakov vurğulayıb.
Xatırladaq ki, martın 25-də səhər saatlarında Rivno vilayətində Muzıçkonun meyiti tapılıb. O, ürəyindən bir neçə güllə yarası alıb. Hüquq-mühafizə orqanlarının ilkin versiyasına görə, Muzıçkonu naməlum şəxslər qətlə yetiriblər.
“Sağ sektor”un yerli fəalları isə bəyan ediblər ki, Muzıçkonu “Sokol” xüsusi təyinatlıları öldürüblər. Onlar Muzıçkonun qətlində daxili işlər naziri Arsen Avakovu ittiham ediblər.