Bakı. Anaxanım Hidayətova-APA. Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti seçkiqabağı proseslərlə tanış olmaq üçün yanvarın 16-17-də Ermənistana səfər edəcəklər. APA-nın “Arminfo”ya istinadən yaydığı məlumata görə, nümayəndə heyətinin yanvarın 17-də mətbuat konfransı keçirməsi gözlənilir.
Xatırladaq ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək.