Bank Of Baku

Astanada MDB ölkələri hökumət başçıları Şurasının iclası keçiriləcək

Astanada MDB ölkələri hökumət başçıları Şurasının iclası keçiriləcək
# 16 mart 2015 11:47 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. MDB ölkələri hökumət başçıları Şurasının növbəti iclası Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Bu barədə APA-nın Moskva müxbirinə MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 


"MDB hökumət başçıları Şurasının iclası mayın 29-da keçiriləcək. Martın 19-da Minskdə baş tutacaq MDB İcraiyyə Komitəsinin iclasında Astanada keçiriləcək hökumət başçılarının iclasının gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunacaq. Astanada müzakirə olunacaq məsələlər maliyyə-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, innovasiya, meşə təsərrüfatı, meşə sənayesi, regionlararası əməkdaşlıqdan ibarətdir”, - deyə məlumatda bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR