Bank Of Baku

Avropa Məhkəməsi Ermənistan hakimiyyətinə qarşı iddianı icraata götürüb

Avropa Məhkəməsi Ermənistan hakimiyyətinə qarşı iddianı icraata götürüb
# 24 dekabr 2015 06:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə Erməni Milli Konqresi tərəfindən Ermənistan hakimiyyətinə qarşı irəli sürülən iddianı icraata götürüb.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Erməni Milli Konqresinin deputatı Aram Manukyan bildirib.

 

İddiada meriyanın mitinq və yürüşlərin keçirilməsindən imtinası məsələsi yer alıb.

 

O bildirib ki, Ermənistanda bütün məhkəmə instansiyalarını keçdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

 

“İki gün əvvəl işin icraata götürülməsi ilə bağlı məlumat əldə olunub”, - deyə Aram Manukyan qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR