Bank Of Baku

Belarus prezidentinin Gürcüstana rəsmi səfəri başlayır

Belarus prezidentinin Gürcüstana rəsmi səfəri başlayır
# 21 mart 2018 23:40 (UTC +04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko martın 22-də Gürcüstana rəsmi səfər edəcək.

 

APA-nın xəbərinə görə, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib.

 

İki günlük səfəri zamanı Belarus lideri Gürcüstanın prezidenti Giorqi Marqvelaşvili, baş nazir Giorqi Kvirikaşvili və  Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə görüşəcək. İki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.

 

Martın 22-də Tbilisidə Gürcüstan-Belarus biznes-forumu keçiriləcək. Bu günlərdə həmçinin Gürcüstan paytaxtında Minsk Günləri keçirilir.

 

Qeyd edək ki, bundan əvvəl Aleksandr Lukaşenko 2015-ci ilin aprelində Gürcüstana rəsmi səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR