Bank Of Baku

Belarusda gənc futbolcuları daşıyan mikroavtobus qəzaya düşüb, ölən və yaralananlar var

Belarusda gənc futbolcuları daşıyan mikroavtobus qəzaya düşüb, ölən və yaralananlar var
# 14 may 2018 03:42 (UTC +04:00)

Belarusda 16 yaşadək futbolçulardan ibarət Ukrayna yığma komandasını daşıyan avtobus qəzaya düşüb.

 

APA-nın BELTA agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kamenetsk rayonunun Martınyuki kəndi ərazisində qeydə alınıb.

 

Gənc futbolçuları daşıyan “Reno” markalı mikroavtobus traktorla toqquşub. Qəza nəticəsində 2005-ci il təvəllüdlü yeniyetmə ölüb, daha 6-sı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR