Bank Of Baku

Belorusda şaxtada dağıntılar altında qalan iki şaxtaçı ölüb

Belorusda şaxtada dağıntılar altında qalan iki şaxtaçı ölüb
# 11 mart 2018 08:58 (UTC +04:00)

Martın 9-da Belorusda şaxtada dağıntılar altında qalan iki şaxtaçı ölüb.

 

APA-nın "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün "Belaruskaliy" şirkətinin direktoru İvan Qolovatıy bildirib.

 

Cümə günü 10 saylı sahədəki şaxtada qəfil qaz püskürməsi baş verib. Həmin vaxt şaxtada  1973 və 1985-ci il təvəllüdlü iki fəhlə olub. Bu gün onların cəsədləri dağıntılar altından çıxarılıb.

 

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR