Bank Of Baku

Berlində “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçirilib - YENİLƏNİB

Berlində “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 11 iyun 2018 23:21 (UTC +04:00)

Berlində Ukraynada münaqişənin nizamlanması üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin  görüşü başa çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar 5 saata yaxın davam edib.

 

Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra nazirlər işçi şam yeməyi formatında müxtəlif  məsələləri müzakirə ediblər.

 

***

 

21:44

 

Berlində Ukraynada münaqişənin nizamlanması üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin  görüşü keçirilir.

 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, Sergey Lavrov, Hayko Maas, Jan-İv Le Drian və Pavel Klimkin arasında keçirilən  danışıqların gündəliyi açıqlanmır.

 

Görüş bağlı qapılar arxasında keçirilir.

 

Qeyd edək ki, “Normand dördlüyü” XİN rəhbərlərinin sonuncu görüşü 2017-ci ilin fevralında baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR