APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin müavini Fərhan Hak bəyan edib.
Onun sözlərinə görə, BMT baş katibi Pan Qi Mun Təhlükəszlik Şurasının üzvləri qarşısında Kiyev və Moskvaya etdiyi səfərin yekunlarına dair hesabat verəcək.
“Hazırda Təhlükəsizlik Şurasının üzvləri görüşün formatını müzakirə edirlər. İclasın açıq və yaxud qapalı keçiriləcəyi hələ ki bəlli deyil”, - deyə Hak bildirib.
Qeyd edək ki, bu, mart ayında BMT Təhlükəsizlik Şurasında Ukraynaya həsr olunacaq sayca doqquzuncu toplantı olacaq.