Bank Of Baku

Boris Nemtsovun qətlində şübhəli bilinən şəxs məhkəmənin həbs qərarından şikayət edib

Boris Nemtsovun qətlində şübhəli bilinən şəxs məhkəmənin həbs qərarından şikayət edib
# 10 mart 2015 19:46 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə vəkil Sofya Rubasskaya bildirib.   

 

“Mən  şikayət edərək,  məhkəmənin həbs qərarının ləğv olunmasını  və Həmzət Baxayev barəsində həbslə əlaqəli olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişəm”, deyə vəkil bildirib.  

 

Məlumata görə, Həmzət Baxayev, Şaqit Qubaşev və Tamerlan Əsgərxanovun həbs olunması  qərarının hər üç şəxs barəsində eyni vaxtda ümumi verildiyindən onun qanuna uyğunluluğu Moskva şəhər məhkəməsində araşdırılacaq.     

 

Hazırda cinayət işi üzrə həmçinin Anzor Qubaşev və Rusiya DİN-in “Şimal” batalyonunun komandirinin keçmiş müavini Zaur Dadayev həbs olunub. Məlumata görə, Zaur Dadayev cinayəti törətdiyini etiraf edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR