Bakı-APA. Çeçenistan Respublikasının parlamenti enerji içkilərin satışı və yayılmasına görə cərimələrin tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, parlamentin iclasında həmçinin enerji ikilərinin Rusiyanın bütün ərazisində satışına qadağa qoyulması haqqında qanun layihəsinin Rusiya Federasiyası Dövlət Dumasının gündəliyinə salmaq təklif olunub.
Çeçenistan ərazisində enerji ikilərin satışı və yayılmasına görə cərimə vətəndaşlar üçün 1500 rubldan 2000 rubladək, vəzifəli şəxslər üçün – 3000 rubldan 4000 rubladək, hüquqi şəxslər üçün isə 30 min rubldan 40 min rubladək təşkil edəcək.