Bank Of Baku

Çin Belarusa təmənnasız 16 milyon dollar ayırdı

Çin Belarusa təmənnasız 16 milyon dollar ayırdı
# 10 yanvar 2013 01:39 (UTC +04:00)

 

Bakı-APA. Belarusun baş nazirinin müavini Anatoli Tozik və Çin Xalq Respublikasının bu ölkədə səfiri Qun Tszyanvey Pekinin Minskə təmənnasız 16 milyon dollar yardım etməsi barədə razılaşma imzalayıblar. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, razılaşma iki dövlət arasında texniki-iqtisadi əməkdaşlıq çərçivəsində əldə edilib.  

 

Belarus hökumətinin mətbuat-katibliyinin yaydığı məlumata görə, Çinin yardımı Belarusda “tərəflər arasında razılaşdırılmış sosial əhəmiyyətli layihənin reallaşmasına yönəldiləcək”.

 

Bununla bağlı hökumət Çin tərəfdaşlarına ayrılmış vəsaiti bir neçə üzgüçülük hovuzu olan sağlamlıq komplekslərinin tikilməsinə yönəltməyi təklif edib. Bu sağlamlıq kompleksləri, əsasən, Çernobıl qəzasından daha çox ziyan çəkmiş rayonlarda yaşayan uşaqlar üçün nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR