Bank Of Baku

Dağıstan rəhbəri respublikada dövlət neft-qaz şirkətinin yaradılması haqqında fərman imzalayıb

Dağıstan rəhbəri respublikada dövlət neft-qaz şirkətinin yaradılması haqqında fərman imzalayıb
# 27 mart 2014 21:52 (UTC +04:00)

APA-nın “RBK”-ya istinadən verdiyi xəbərə görə, sənəd respublika administrasiyasının saytında dərc olunub.

 

Bölgə hökumətinə bu ilin aprelin 15-dək şirkətin yaradılması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb. Müəssisənin 10 mln. rubl olacaq nizamnamə kapitalında Dağıstanın payı 100% təşkil edəcək.  

 

ASC-nin əsas fəaliyyət istiqamətləri respublika ərazisində neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, habelə, qaz, neft və neft məhsullarının satışı olacaq.  

 

Qeyd edək ki, Ramazan Abdulatipov yanvarın 15-də çıxışı zamanı qeyd olunan şirkətin yaradılması ilə bağlı təkliflər hazırlamağı göstəriş verib. Dağıstan rəhbəri “Rosneft”, “Lukoyl” və “Qazprom” şirkətləri ilə birgə Xəzər şelfinin Rusiya sektorunda neft-qaz yataqlarının işlənməsi məqsədi ilə geoloji işlərin fəallaşdırılmasının vacibliyini vurğulayıb.   

 

Son 2 ildə  Dağıstanda neft hasilatının həcmi ildə 200 min ton, hasil edilən qazın həcmi isə ildə 300 mln. kubmetr təşkil edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR