Bakı-APA. Dağıstanın Xasavyurd şəhərində baş vermiş partlayış nəticəsində iki polis əməkdaşı yaralanıb. Bu barədə RİA Novosti-yə Dağıstan DİN-dən məlumat verilib.
«Axşam saatlarında Xasavyurd şəhərində polis patrulunun yolunda partlayış baş verib. İki nəfər polis əməkdaşı yaralanıb. Onlardan biri Samaradan ezamiyyətə göndərilmiş əməkdaşdır», deyə DİN-dən bildirilib.