APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, dekabrın 28-də hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqalanın Kirov rayonunda silahlıların gizləndiyi mənzili mühasirəyə alıblar. Silahlı qrup “təslim ol” çağırışına atəşlə cavab verdikdən sonra əməliyyat başlayıb. Qrup üzvlərinin bir hissəsi məhv edilib, digər hissəsi isə evin divarını uçuraraq qonuş mənzilə keçib və orada 6 yaşlı qız uşağını girov götürüb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları uşağı xilas ediblər və digər silahlılar da məhv edilib. Öldürülənlərdən 3-nün şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri – Hacımurad Dolqatov dəstənin başçısı olub.