Bakı-APA. Donetsk vilayətində Rusiya yönümlü silahlılar Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinat dəstəsinin 3 zabitini saxlayıblar. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, qondarma “Donetsk Xalq Respublikası”nın nümayəndələrinin iddiasına əsasən, saxlanılan xüsusi təyinatlılara kəşfiyyat aparmaq və Donetsk separatçılarının liderlərindən biri olan İqor Bezleri oğurlamaq tapşırığı verilib.
Məlumata görə, saxlanılan şəxslər Qorlovkadan Slavyansk şəhərinə gətirilib.