Bank Of Baku

Dövlət Duması Krımın Rusiyaya birləşdirilməsinin mümkünlüyü haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasına martın 10-da baxacaq

Dövlət Duması Krımın Rusiyaya birləşdirilməsinin mümkünlüyü haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasına martın 10-da baxacaq
# 06 mart 2014 13:47 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Dövlət Duması Krımın Rusiyaya birləşdirilməsinin mümkünlüyü haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasına gələn həftə baxacaq.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı Dmitri Vyatkin bildirib.

 

 

D. Vyatkin deyib ki, sənədin müzakirəyə çıxarılıb-çıxarılmayacağına martın 10-da qərar veriləcək.

 

Qeyd edək ki, xarici ölkənin bir hissəsinin Rusiya Federasiyasına birləşdirilməsi haqqında qanun layihəsinin müəlliflərindən biri “Ədalətli Rusiya” (“Spravedlivaya Rossiya”) partiyası sədri, Dumanın eser fraksiyasının rəhbəri Sergey Mironovdur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR