Bakı. Anaxanım Hidayətova – APA. Bu il yanvarın 10-dan Avropa Birliyinə (AB) üzv ölkələrin vətəndaşları Ermənistanda viza olmadan ildə 90 gün yaşaya biləcəklər.
APA-nın “Arminfo”ya istinadən xəbərinə görə, Ukrayna, Gürcüstan və Moldovadan sonra Ermənistan avropalılar üçün viza rejimini birtərəfli qaydada ləğv edən dördüncü ölkə olub.
Hazırda Ermənistanın Avropa Birliyinə assosiativ üzvlüyü sazişi çərçivəsində Ermənistanın AB üzvü olan ölkələrlə sadələşdirilmiş viza sisteminə keçid proseduru hazırlanır.