Bank Of Baku

Ermənistan əhalisinin əksəriyyəti Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyir

Ermənistan əhalisinin əksəriyyəti Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyir
# 01 may 2014 23:52 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Gallup International Association”un bu ilin aprelin 8-dən 18-dək Ermənistanın bütün vilayətlərində və İrəvanın inzibati rayonlarında keçirdiyi sorğu 1067 nəfəri əhatə edib.

 

Sorğunun nəticələrinə əsasən, respondentlərin 80 faizi  Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyib. “Referendum nəticəsində Krımın Rusiyaya birləşdirilməsinə sizin münasibətiniz ?” sualına respondentlərin 30 faizi “Tamamilə müsbət” cavabı, “Daha çox müsbət” – 47 faiz, “daha çox mənfi” – 8 faiz, “tamamilə mənfi” – 4 faiz  cavab verib.  

 

Qeyd edək ki, respondentlərin 76 faizi Krımın birləşdirilməsi məsələsində Rusiyanın addımlarını “müsbət” qiymətləndirib, sorğuda iştirak edən Ermənistan  vətəndaşlarının 73 faizi qeyd edib ki, Ermənistan Krımı Rusiya ərazisi kimi tanımalıdır.  

 

Ukraynada baş vermiş inqilab barədə erməni respondentlərinin 92 faizi məlumatlıdır. Sorğu iştirakçılarının 77 faizi Ukraynada baş verən hadisələrə “mənfi”, “tamamilə müsbət” – 4 faizi, “daha çox müsbət”  isə  respondentlərin 14 faizi yanaşır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR