Bank Of Baku

Ermənistan müdafiə nazirinin sabiq müavininin oğluna ittiham elan olunub

Ermənistan müdafiə nazirinin sabiq müavininin oğluna ittiham elan olunub
# 25 iyun 2018 12:53 (UTC +04:00)

İyunun 22-də Ermənistan Xüsusi İstintaq Xidməti müdafiə nazirinin sabiq müavini, deputat Manvel Qriqoryanla bağlı cinayət işi çərçivəsində onun oğlu Karen Qriqoryana ittiham elan edib.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir ki, K. Qriqoryan atasının və digər şəxslərin razılığı ilə qrup şəkilində onlara etibar edilmiş külli miqdarda mal mənimsəyib. 2016-cı ilin aprel döyüşləri və sonrakı günlərdə Rusiya Federasiyasındakı Erməni Cəmiyyəti Rusiyadan 3 UAZ markalı avtomobil, teplovizor və əsgər paltarları alaraq Ermənistana göndərib. Daha sonra cəmiyyətin nümayəndəsi K. Qriqoryanın müşayiəti ilə Qarabağa gedib, həmin mallar “DQR ordusu”na çatdırılması üçün “Yerkrapa" Könüllülər İttifaqının nümayəndəsinə təqdim olunub. Ancaq K. Qriqoryan bir qrup şəxslə əvvəlcədən razılığa gələrək 1 milyon 380 min rubl dəyərində UAZ markalı avtomobilləri Eçmiədzində yerləşən “Ara və Aytsemnik” şirkətinin ərazisinə aparıb, onlardan şəxsi məqsədləri üçün istifadə edib.

 

K. Qriqoryanla bağlı yaşadığı yeri tərk etməmək barədə qərar verilib. Ermənistan Xüsusi İstintaq Xidməti istintaqı davam etdirir.

 

Qeyd edək ki, ötən həftə İrəvan məhkəməsinin qərarı ilə Ermənistan müdafiə nazirinin sabiq müavini, deputat M. Qriqoryanı həbs edilib. M.Qriqoryan qanunsuz silah saxlamaqda və başqasının əmlakını mənimsəməkdə təqsirli sayılıb. Məhkəmə onun barəsində iki ay həbs qətimkan tədbiri seçib. M. Qriqoryan bundan əvvəl deputat toxunulmazlığından da məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR