Bank Of Baku

Ermənistan ordusu Baş Qərargahının kəşfiyyat idarəsinə yeni rəis təyin edilib

Ermənistan ordusu Baş Qərargahının kəşfiyyat idarəsinə yeni rəis təyin edilib
# 17 iyun 2016 21:54 (UTC +04:00)

Bakı-APA. Polkovnik Vaqinak Sarkisyan Ermənistan Silahlı Qüvvələri baş qərargahının kəşfiyyat idarəsinin rəisi təyin edilib.

 

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.

 

“Müvafiq fərman prezident Serj Sarkisyan tərəfindən iyunun 17-də imzalanıb”, məlumatda deyilir.

 

Xatırladaq ki, aprelin sonlarında Ermənistan prezidenti S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan , rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan  işdən uzaqlaşdırılıb.   Mayda isə Ermənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi Melsik Çilinqaryan vəzifəsindən azad edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR