Bakı. Anaxanım Hidayətova – APA. Ermənistan parlamentində dörd qeyri-koalisiya qüvvəsi baş nazir Tiqran Sarkisyanın impiçment məsələsini qaldırmaq niyyətindədir.
APA-nın “Aykakan jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, bu məsələ Ermənistan Milli Məclisinin aprelin 28-də keçiriləcək iclasının gündəliyinə daxil ediləcək.
Qəzet yazır ki, həmin qüvvələr aprelin 28-ni baş nazirə impiçment elan olunacağı gün hesab edirlər.