Bank Of Baku

Ermənistan prezidentliyi uğrunda 8 namizəd mübarizə aparacaq

Ermənistan prezidentliyi uğrunda 8 namizəd mübarizə aparacaq
# 14 yanvar 2013 16:11 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Ermənistan Mərkəzi Seçki Komissiyası prezidentliyə 8 nəfərin namizədliyini qeydə alıb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, qeydiyyatdan keçən namizədlər aşağıdakılardır: Respublika Partiyasının sədri, indiki prezident Serj Sarkisyan, “İrs” Partiyasının lideri Raffi Ovanisyan, keçmiş baş nazir Qrant Baqratyan, Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş “xarici işlər naziri” Arman Melikyan, “Milli Özünütəyinetmə” Birliyinin lideri Paruyr Ayrikyan, “Radio Ay”ın direktoru Andreas Qukasyan, “Milli Razılıq” Partiyasının rəhbəri Aram Arutunyan və bitərəf Vardan Sedrakyandır.

 

MSK-ya ümumilikdə 15 nəfər öz sənədlərini təqdim edib. Onlardan 6-sı seçki girovunu ödəmədiyi üçün qeydə alınmayıb, bir nəfər isə namizədliyini geri götürüb. Sənədlərin təqdim olunma müddəti artıq başa çatıb.

 

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR