Bank Of Baku

Ermənistan prezidentliyinə namizəd: “Bizdən 20 min dollar girov tələb edirlər, bura MSK-dır, yoxsa kazino?”

Ermənistan prezidentliyinə namizəd: “Bizdən 20 min dollar girov tələb edirlər, bura MSK-dır, yoxsa kazino?”
# 08 yanvar 2013 15:49 (UTC +04:00)

 APA-nın “ArmToday” saytına istinadən verdiyi məlumata görə, namizədlərin bəziləri Ermənistan MSK-nın iclasında deyiblər ki, ölkənin hazırkı sosial-iqtisadi şəraitdə tələb olunan 8 milyon dramın (təxminən 20 min ABŞ dolları) ödənilməsi qeyri-mümkündür.

 

Partiya mənsubiyyəti olmayan namizədlərdən Pavlik Sarkisyan bildirib ki Ermənistan Konstitusiyasına əsasən hər bir vətəndaş prezidentliyə namizədliyini  irəli sürə bilər: “Lakin bu gün ölkə əhalisinin 95 faizi imkansızdır və namizəd olmaq üçün girov ödənilməsi Ermənistan Konstitusiyasına ziddir. Bu nə kazinodur? Mən bura qumar oynamağa gəlmişəm?”

 

Digər namizəd, 10 ildir ki işsiz olan Mqer Ayrapetyan da bildirib ki girov ödənilməsi ilə bağlı tələb Konstitusiyaya ziddir.  MSK isə girov ödəməyən potensial namizədlərə əlavə 48 saat verib. Əgər onlar 10 yanvar saat 14:00-a qədər tələb olunan girovu təqdim etməsələr, onların namizədliyi ləğv ediləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR