Bakı. Türbət Bağırova - APA. Ermənistan Vatikanın arxivinə giriş əldə etmək məqsədilə Roma papasına müraciət edəcək.
APA-nın “interfax.com.ua” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Milli Arxivinin direktoru Amatuni Virabyan deyib.
“Vatikan arxivlərində hələ də tam öyrənilməmiş, üstü açılmamış və “erməni soyqırımı” barədə məlumatları özündə ehtiva edən çox sayda materiallar mövcuddur”, - deyə A. Virabyan bildirib.
Onun sözlərinə görə, arxivin öyrənilməsinə ancaq Roma papası icazə verə bilər və Ermənistan bu xahişlə papaya müraciət etmək niyyətindədir: “Heç də bütün xahişlər müsbət cavablandırılmır, lakin ümid edirik ki, icazə ala biləcəyik”.
Xatırladaq ki, Roma papası iyunun 24-25-da Ermənistana səfər edəcək.