Bakı. Şamil Əlibəyli – APA. Ermənistan Müdafiə Nazirliyin “N” saylı hərbi hissənin əsgərləri 1000 erməni drama (təxminən 2 manat) görə bir-birinə qarşı güc tətbiq etdilər.
APA-nın news.am saytına istinadən verdiyi məlumata görə, 18 yaşlı Mxitar adlı əsgər öz yoldaşına borc verdiyi 1000 dramı tələb edəndən sonra mübahisə yaranıb. Bu zaman Mxitarla birgə olan qardaşı Mqer dava salıb.
Əsgərlərə qarşı cinayət işi başlanılıb. İş İrəvanın Kanaker-Zeytun rayon məhkəməsində baxılacaq.