Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanda keçirilən etiraz aksiyasının 30-dək iştirakçısı İrəvanın mərkəzindəki Azadlıq meydanında gecələyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, etirazçılardan biri iplə dodaqlarını tikib.
Etiraz aksiyası liderlərindən olan David Sanasaryanın aclıq aksiyası da davam edir. O, bir gün əvvəl hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılarkən yüngül zədə alıb və hospitala yerləşdirilib. Dünən axşam isə o yenidən etirazçılara qoşulub.
Etirazçılar 23 iyun tarixində polis tərəfindən aksiyaının sərt şəkildə dağıdılmasına etiraz edərək, onların cəzalandırılmasını tələb edirlər. Beləliklə 2 həftə Baqramyan prospektində aparılan aksiya yeni yerə köçürülüb. Qeyd edək ki, İrəvanın Azadlıq meydanı Baqramyan prospektindən təxminən bir kilometr uzaqdadır.