APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, Ermənistanın İqtisadiyyat Nazirliyində bu gün “Gömrük İttifaqı və Vahid iqtisadi məkanda texniki nizamlanma” mövzusunda konfrans keçirilib. Nazirliyin rəsmi saytında dərc edilən məlumata əsasən, tədbirin məqsədi Vahid Gömrük İttifaqına üzv olan dövlətlərə mal ixrac edən ölkə ixracatçılarını bunun üçün zəruri olan prosedur və mexanizmlər barədə məlumatlandırmaqdır.
Konfransda Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Sənaye Nazirliyi, Belarusun Dövlət Standartı Komitəsinin, Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqı, Rusiya Federal Gömrük Agentliyi və Federal Texniki Nizamlama Agentliyinin nümayəndələri iştirak edib.
Ermənistan tərəfindən tədbirdə müxtəlif idarə, dövlət və özəl qurumların nümayəndələri, sahibkarlar iştirak edib.