Bank Of Baku

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərindən sonra Ermənistana gedib

Mqer Qriqoryan, Ursula Fon der Lyayen

© APA | Mqer Qriqoryan, Ursula Fon der Lyayen

# 02 iyul 2026 10:37 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen İrəvana işgüzar səfərə gedib.

"Armenpress"in məlumatına görə, onu Zvartnots hava limanında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan və Ursula Fon der Lyayen arasında görüş keçiriləcək.

Ermənistan və Aİ liderləri görüşdən sonra bəyanatlar verəcək və media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, Ursula Fon der Lyayenin Azərbaycana səfəri bu gün başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR