“Rusiya prezidentinin Pitsundaya səfərinə gəldikdə, bu, növbəti təxribatdır və biz artıq isveçrə vasitəsilə Rusiyaya müvafiq etiraz notası göndərmişik. Təbii ki, biz bu yolla ərazi bütövlüyümüzün və suverenliyimizin bir daha pozulması pisləyirik”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin tanınmamış Abxaziya Respublikasına səfər edərək separatçı rejimin lideri Aleksandr Ankvabla görüşüb. Putinin səfəri Rusiyanın Gürcüstanın işğal edilmiş ərazilərinin müstəqilliyinin tanınmasının 5 illiyinə həsr olunub.