Bank Of Baku

Gürcüstanda siyasi məhbus statusu ilə azadlığa buraxılan 190 nəfərdən biri də azərbaycanlıdı

Gürcüstanda siyasi məhbus statusu ilə azadlığa buraxılan 190 nəfərdən biri də azərbaycanlıdı
# 13 yanvar 2013 20:51 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gurcustanda “Amnistaiya haqqında” qanun qüvvəyə mindikdən sonra həbsxanadan azadliga buraxılan 190 nəfər siyasi məhbusdan biri azərbaycanlıdır.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın Saqareco rayonunun (Qaraçöp) Ləmbəli kəndindən olan 35 yaşlı Qəzənfər Məmmədov adlı soydaşımız yanvarın 13-də azadlığa buraxılıb.

 

Ləmbəli kənd icra nümayəndəsi əvəzi işləyən Mübariz Məmmədovun APA-ya verdiyi məlumata görə, Qəzənfər Məmmədov kəndin icra nümayəndəsi vəzifəsində çalışıb “Onun kabinetinə 180 lari nömrəli pul qoydular və faktı rəsmiləşdirərək ona saxta ittihamlarla 14 il 7 ay iş verdilər. Qəzənfər Məmmədov 3 ilə yaxın həbsxanada cəza çəkdi. O, heç bir partiyanın üzvü deyildi. Həbsxanaya düşəndən sonra ona siyasi status verildi. Keçmiş iqtidarın nümayəndələri, o cümlədən rayon rəhbərliyi onun işini bəyənmir, işdən azad etmək istəyirdilər. Yanvarın 13-də səhər saat 11-ə işləyəndə Qəzənfər Məmmədov azadlığa buraxılıb”.

 

Qeyd edək ki, Q. Məmmədovun həbsinə Gürcüstanda yaşayan azərbaycanlıların təmsil olunduğu Qeyri-Hökumət Təşkilatları və ziyalılar etiraz etmişdilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR