Bank Of Baku

Hakerlər Belarus rublunun devalvasiya olunacağına dair minə yaxın abonentə mesaj göndəriblər

Hakerlər Belarus rublunun devalvasiya olunacağına dair minə yaxın abonentə mesaj göndəriblər
# 05 yanvar 2013 09:08 (UTC +04:00)

Haker hücumunun Hindistan ərazisindən gerçəkləşdirildiyi müəyyənləşib

 

Bakı-APA. Belarusda hakerlər MTS və “Velkom” milli operatorlarının saytını sındıraraq vətəndaşlara rublun devalvasiya olunacağına dair minə yaxın mesaj göndəriblər. APA-nın məlumatına görə, mesajda qeyd olunub ki, yanvarın 8-dən ölkədə 1 ABŞ dollarının qiymət 14340 Belarus rublu olacaq. Mesajın göndərilmə ünvanı olaraq Belarus Milli Bankının telefonu göstərilib. Dövlət Təhlükəsizlik Komitəsi haker hücumunun Hindistan ərazisində yerləşən serverdən gerçəkləşdirildiyini müəyyənləşdirib. Hakerlərin xarici ölkə vətəndaşları olduğu bildirilir. Hazırda həmin şəxslərin axtarışı davam edir. Qeyd edək ki, hazırda Belarusda rublun dollara olan nisbəti 11230 / 1 - dir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR